ABŞ Prezidenti: “Bu gün bütün Yaxın Şərq üçün yeni başlanğıc olacaq”

Dünya

13.10.2025 - 23:59

“Ümid edirəm ki, hər kəs “İbrahim razılaşması”na qoşulacaq”

 “Bu gün bütün Yaxın Şərq üçün yeni başlanğıc olacaq”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatında deyib.

“Bu andan etibarən biz güclü, sabit, firavan və terrordan birdəfəlik imtina edən bir region qura bilərik. İsrail xalqı girovların gəlişinə çox sevinir və bütün region üçün bu yeni mərhələni başlamaq üçün həyəcanlanır. Bu, belə də olacaq. Ümid edirəm ki, regionda hər kəs Abraham razılaşmasına qoşulacaq. Ümidvaram ki, biz çox insanın bu sazişə qoşulduğunu görəcəyik”, - deyə Tramp qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş