İslamabaddakı səfirlik, Lahor və Karaçidəki ABŞ Baş Konsulluqları fəaliyyətini davam etdirəcək
ABŞ Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvər şəhərindəki Baş Konsulluğunu bağlamaq qərarına gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında qeyd edilib.
Dövlət Departamentinin açıqlamasında deyilir: "Bu qərar diplomatik heyətimizin təhlükəsizliyini və mühafizəsini təmin etmək və resurslarımızın effektiv idarə olunmasına sadiqliyimizi əks etdirir".
İslamabaddakı səfirliklə yanaşı, Lahor və Karaçidəki ABŞ Baş Konsulluqları fəaliyyətini davam etdirəcək.