ABŞ ordusu qeyri-kafi hazırlıqda ittiham edildi

Dünya

09.11.2022 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

“Ölkənin Hərbi Hava Qüvvələri orta yaşı 29 olan təyyarələrdən istifadə edir”

ABŞ ordusu qeyri-kafi hazırlıqda ittiham edilib. AYNA xəbər verir ki, bu barədə “19FortyFive” nəşrində məqalə dərc edilib. Bildirilib ki, ABŞ-ın ənənəvi çəkindirmə vasitələri azalır, Çin ordusu isə güclənir.

Məqalədə vurğulanıb ki, Amerika hərbi qüvvələrinin səviyyəsinin aşağı düşməsi iqtisadi səbəblərlə - ilk növbədə marjanın olmaması ilə bağlıdır. Aşkar mənfəətin olmaması qoşunların kifayət qədər modernləşdirilməməsinə səbəb olur. Məsələn, ölkənin Hərbi Hava Qüvvələri orta yaşı 29 olan təyyarələrdən istifadə edir.

Nəşr həmçinin iddia edir ki, ABŞ Tayvana kömək etməli, Tayvanı daha çox sursat təmin etməlidir.

Qeyd edək ki, noyabrın 8-də Çin lideri Sin Cinpin Çin Xalq Azadlıq Ordusunu hərbi əməliyyatlarda iştirak etməli olacağı təqdirdə döyüşə daha hazırlıqlı olmağa çağırıb. Onun sözlərinə görə, komandanlıq innovativ texnologiyalar tətbiq etməli və döyüşlərdə effektiv iştirak üçün mexanizmlər formalaşdırmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş