ABŞ Krımın azad edilməsi üçün Ukraynaya yardım edəcəkmi? – Ağ Ev rəsmisindən CAVAB

Dünya

27.02.2023 - 08:57

cedabet dərman SEO Xidməti

“Biz Ukraynaya döyüş meydanında qazanılan qələbələri diplomatik vasitəyə çevirməkdə kömək etmək istəyirik”

“Ağ Ev Krımın Ukrayna tərəfindən hərbi yolla azad edilməsinə dəstək olub-olmayacağını dəqiq deyə bilməz. Çünki bu, hipotetik sualdır”. AYNA xəbər verir ki, bu sözləri CNN telekanalına müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivan Vaşinqtonun Ukraynanın Krımı hərbi yolla ələ keçirməsinə dəstək olub-olmayacağı sualına dəqiq cavab verməkdən imtina edib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar masasında daha yaxşı mövqedə möhkəmlənmək üçün döyüş meydanında daha yaxşı mövqe tutmaq istəyir.

“Biz Ukraynaya döyüş meydanında qazanılan qələbələri diplomatik vasitəyə çevirməkdə kömək etmək istəyirik. Və bu, bizdən onlara lazım olan hərbi yardımı verməyi tələb edir. Bu müharibə kontekstində, eləcə də bu müharibənin həlli kontekstində son nəticədə Krımla bağlı hansı addım atılacaq, bu, ukraynalıların ABŞ-ın dəstəyi ilə müəyyən etməli olduğu haldır. Amma mən hipotetik suallara baş vurmayacağam”, - deyə Sallivan bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti ölkəsinin Krımı azad etməyə hazırlaşdığını bildirib. Zelenski konkret tarixlər qeyd etməsə də, Ukrayna Silahlı Qüvvələrinin mənəvi və texniki hazırlıq apardığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş