ABŞ İsraili müdafiə etməyə hazırdır

Dünya

15.04.2024 - 08:19

“Vaşinqton İsraili və ABŞ personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edir”

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantı Vaşinqtonun İsraili müdafiə etməyə hazır olduğuna əmin edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə AŞB-nin Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, nazirin sözlərinə görə, ABŞ eskalasiyaya can atmasa da, Vaşinqton İsraili və ABŞ personalını qorumaq üçün bütün lazımi tədbirləri görməyə davam edir.

Müəllif: Ayna.az