ABŞ İraqdakı hədəflərə silsilə hücumlar təşkil edib

Dünya

22.11.2023 - 11:18

cedabet dərman SEO Xidməti

"Bu zərbələr İranın və İranın dəstəklədiyi qrupların ABŞ və koalisiya qüvvələrinə hücumlarına birbaşa cavab idi"

ABŞ ordusu İranın hücumlarına cavab olaraq İraqdakı hədəflərə silsilə zərbələr endirib. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Pentaqonun bəyanatında deyilir: "Bu zərbələr İranın və İranın dəstəklədiyi qrupların ABŞ və koalisiya qüvvələrinə hücumlarına birbaşa cavab idi".

Bundan əvvəl ABŞ hərbçilərinin yerləşdiyi Suriyanın şimal-şərqindəki Tell Beydardakı baza radikal şiə hərəkatı “İraqın İslam Müqaviməti” tərəfindən atəşə tutulub. Radikallar hücumu ABŞ-ın dəstəyi ilə Qəzza zolağında insanlara qarşı “İsrail tərəfindən törədilən cinayətlərə” cavab adlandırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş