ABŞ-ın Venesueladakı əməliyyatı Çini ruhlandırıb

Dünya

18.01.2026 - 00:25

Çin ordusu oxşar ssenarini Tayvanda həyata keçirmək üçün artıq hərbi təlimlər keçirir

ABŞ-ın Venesuela diktatoru Nikolas Maduroya qarşı apardığı əməliyyat rəsmi Moskva və Pekini şoka salıb, həmçinin qəzəbləndirib. Amma eyni zamanda, Vaşinqtonun bu addımı Rusiya və Çini ruhlandırıb. AYNA.AZ “Nikkei Asia”ya istinadən xəbər verir ki, Çin ordusu oxşar ssenarini Tayvanda həyata keçirmək üçün artıq hərbi təlimlər keçirir.

Nəşr qeyd edir ki, Çinin dövlət hərbi televiziyası bu yaxınlarda xüsusi təyinatlı qüvvələrin təliminin görüntülərini yayımlayıb və görünür, Tayvan rəhbərliyini məhv etmək üçün əməliyyat məşq edilir.

Dərc olunmuş görüntülərdə əvvəlcə hərbi pilotsuz təyyarənin hədəfləri saxta olan bir binanı müşahidə etdiyi, ardınca isə xüsusi təyinatlı qüvvələr qrupunun gecə basqın etdiyi göstərilib.

Çin televiziyası qeyd edib ki, əsgərlər bu təlim zamanı mühafizəçiləri sakitcə zərərsizləşdirmək üçün hərbi arbaletlərdən istifadə ediblər. Ümumilikdə, təlim basqınının iki dəqiqədən az müddətdə başa çatdığı bildirilir.

“Nikkei Asia” qeyd edir ki, bu təlimlər ehtimal ki, Çin ordusunun Karakasda ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin basqınına bənzər bir əməliyyat keçirmək qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Nəşr yazır ki, "bu təlimlər həmçinin Tayvan Prezidenti Lay Çinq-tenin administrasiyasını qorxutmaq məqsədi daşıyır".

Ötən ilin sonlarında Çin donanmasının genişmiqyaslı hərbi təlimlərin bir hissəsi olaraq Tayvanı mühasirəyə aldığını və bu təlimlər zamanı çinlilərin "əsas hədəflərə hücumların simulyasiyasını" da həyata keçirdiyini qeyd edir.

Çin ordusu əvvəllər Tayvan rəhbərliyinin ələ keçirilməsini simulyasiya etməyi məşq edib. Məsələn, 2015-ci ilin iyul ayında Monqolustandakı hərbi bazada Çin qoşunları Tayvanın Prezident ofisinin binasına şübhəli şəkildə bənzər bir binaya hücum etməyi məşq ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş