ABŞ-ın təyyarədaşıyan gəmisi Yaxın Şərqə çatıb

Dünya

24.04.2026 - 11:12

ABŞ təyyarədaşıyan gəmisi olan “George H.W. Bush” Yaxın Şərqə çatıb. AYNA.AZ bildirir ki, bu barədə AFP agentliyi ABŞ hərbi rəsmilərinə istinadən məlumat verir.

Bu, bölgədə fəaliyyət göstərən ABŞ-ın əsas hərbi gəmilərinin sayını üçə çatdırır.

Yaxın Şərq üzrə məsul hərbi komandanlıq sosial media platforması X-də paylaşdığı paylaşımda bildirib ki, “George H.W. Bush təyyarədaşıyan gəmisi 23 apreldə ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında Hind okeanında üzürdü. Paylaşımda gəminin göyərtəsi qırıcı təyyarələrlə dolu olduğu təsvir olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş