Dövlət Departamenti qərarı ölkənin daxili təhlükəsizliyini təmin etməklə əsaslandırıb
ABŞ-da tələbələrə verilən və ABŞ-da hüquqi problemləri olan xarici vətəndaşlar tərəfindən saxlanılan vizalar da daxil olmaqla 100 mindən çox viza ləğv edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinin “X” sosial media platformasında dərc olunmuş açıqlamasında qeyd olunub.
"Dövlət Departamenti hazırda təxminən 8000 tələbə vizası və ABŞ hüquq-mühafizə orqanlarında əvvəllər cinayət qeydləri olan şəxslər üçün 2500 xüsusi viza da daxil olmaqla 100 mindən çox vizanı ləğv edib", - deyə qeyd olunub.
Açıqlamada görülən tədbirlərin ölkənin daxili təhlükəsizliyini təmin etməyə yönəldiyini bildirib və bu cür fəaliyyətlərin davam etdiriləcəyi vurğulanıb.