ABŞ-də atışma nəticəsində iki nəfər ölüb

Dünya

31.05.2024 - 06:43

Həkimlər Klinikalar SEO Xidməti

Minneapolis Polis Departamenti hadisənin səbəblərini açıqlamayıb

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində atışma nəticəsində iki nəfər ölüb, ikisi polis əməkdaşı olmaqla daha dörd nəfər yaralanıb.

AYNA-nın məlumatına görə, bu barədə mənbələrə istinadən CBS telekanalı məlumat yayıb.

Mayın 30-da yerli vaxtla saat 18:00 radələrində (Bakı vaxtı ilə 31 may saat 3:00) silahlı polis küçələri bağlayıb və Bleysdeyl prospekti ərazisindəki yaşayış kompleksini mühasirəyə alıb. CBS telekanalının verdiyi məlumata görə, atəş səsləri eşidilib.

Telekanalın məlumatına görə, polislərdən biri ağır yaralanıb. Minneapolis Polis Departamenti hadisənin səbəblərini açıqlamayıb.

Hadisə yerinə patrul xidməti cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş