ABŞ-dan Ukraynanın Rusiya neftayırma zavodlarına zərbələrinə reaksiya

Dünya

27.03.2024 - 13:51

“Biz Ukraynanın öz ərazisindən kənarda hücumlarını təşviq etmirik və ya dəstəkləmirik”

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını şərh edib. AYNA “Ukrinform”a istinadən bildirir ki, Millerin sözlərinə görə, Ukraynanın Rusiya ərazisinə hücumları ilə bağlı ABŞ-ın mövqeyi dəyişməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, “bu müharibənin əvvəlindən bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz Ukraynanın öz ərazisindən kənarda hücumlarını təşviq etmirik və ya dəstəkləmirik”.

Miller bu yaxınlarda Samara bölgəsində Rusiyanın neft emalı zavoduna hücumdan sonra ABŞ tərəfinin Kiyevlə əlaqə saxlayıb-çatmadığı sualına cavab verməyib. Əlavə edib ki, ABŞ-ın mövqeyi onun “uzunmüddətli siyasətini” əks etdirir və bu, Ukraynaya “aydın şəkildə çatdırılıb”.

Müəllif: Ayna.az