ABŞ-dan Kubaya 48 qeyri-qanuni miqrant qaytarılıb

Dünya

28.08.2024 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

Geri qayıdanlardan yeddisi Kubanı qeyri-qanuni yollarla, dəniz vasitəsilə tərk edib

48 qeyri-qanuni miqrant ABŞ-dan Kubaya qaytarılaraq Havanadakı Xose Marti Beynəlxalq Hava Limanına gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Kuba Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Cəmi 48 qeyri-qanuni miqrant (43 kişi və 5 qadın) bu çərşənbə axşamı ABŞ-dan təyyarə ilə Kubaya qaytarılıb və onlar Xose Marti Beynəlxalq Hava Limanına gəliblər", - bildirilib.

Qeyd edilib ki, geri qayıdanlardan yeddisi Kubanı qeyri-qanuni yollarla, dəniz vasitəsilə tərk edib. Daxili İşlər Nazirliyi onu da bildirib ki, miqrantlardan biri Havanaya qayıtdıqdan sonra Kubanı qanunsuz tərk edərək ölkədə axtarışda olduğu üçün saxlanılıb.

Kuba Daxili İşlər Nazirliyindən vurğulanıb ki, bu yaxınlarda regionun müxtəlif ölkələrindən ümumilikdə 65 qeyri-qanuni miqrant Kubaya qaytarılıb, ümumilikdə bu rəqəm 2024-cü ildə 1030 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş