ABŞ-da qaradərilinin ölümünə görə etirazlar davam edir

Dünya

29.05.2020 - 12:39

ABŞ-da irqçiliyə qarşı etiraz aksiyaları davam edir 


Silahsız bir qaradərinin ölümü ilə əlaqədar keçirilən etiraz aksiyasının üçüncü gecəsi Minneapolisdə daha bir polis bölməsi qurulub. AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Minnesota qubernatoru Milli Qvardiyanın yüzlərlə üzvünün asayişi bərpa etməsini əmr etməsinə baxmayaraq, igtişaşların qarşısını almaq mümkün olmayıb.


Ölən Corc Floydun ailəsi onun ölümündə ittiham olunan dörd polis işçisinin qətl ittihamı ilə üzləşməsini tələb edib. Lakin prokurorlar hələ də dəlil topladıqlarını bildiriblər.


Etirazçılar Çikaqo, Los Anceles və Memfisdəki küçələrə  də çıxaraq tələblər irəli sürüblər.


Qeyd edək ki, bir neçə gün əvvəl küçədə qaradərili 46 yaşlı Corc Floyd adlı şəxsin polis tərəfindən öldürüldüyü təxmin edilən video yayılıb. Məlumata görə, Floyd saxta pul satışı ilə məşğul olurmuş, polis onu əməliyyat nəticəsində  maşında yaxalayıb. Videoda polis zabiti Floydun "xahiş edirəm, nəfəs ala bilmirəm" və "məni öldürməyin" kimi yalvarışlarına baxmayaraq, polis Floydu boynundan yerə vurur. Əməliyyatda Derek Çauvin, Tou Thao, Tomas Leyn və Aleksander Kuenq adlı dörd məmuru iştirak edib.

 

Yerli media Çauvinin Floydu vurduğunu yazıb. Minneapolis Polis Məmurları Federasiyası zabitlərin istintaqla birlikdə çalışdıqlarını söyləyib. Birlik yerli mediaya verdiyi açıqlamasında, "indi mühakimə etməyə tələsməyin vaxtı deyil. Bütün videoları nəzərdən keçirməliyik. Tibbi müayinənin hesabatını gözləməliyik" deyib. Bundan sonra ABŞ-da irqçiliyə qarşı olan qruplar etirazlarını bildirməyə başlayıblar.

Müəllif: Ayna.az