Yerli polis 33 nümayişçini saxlayıb
ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın tərəfdarları ilə Ağ Ev administrasiyasının əleyhdarları arasında baş verən qarşıdurmada 8 polis əməkdaşı yaralanıb. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisinin sözçüsü Yelena Hertz məlumat verib.
Hertz bildirib ki, polislərdən 4 nəfəri bıçaq yarası alıb. Nümayiş zamanı tərəflər arasındakı qarşıdurmanın qarşısını almaq üçün əraziyə 100-dən çox polis əməkdaşı cəlb edilib. Yerli polis 33 nümayişçini saxlayıb. Onlardan birində elektoşok aşkar edilib. Paytaxt Merinin mətbuat xidməti məlumatı təsdiq edib.