ABŞ-da İrandakı mitinqləri dəstəkləyən etirazçıların üzərinə yük maşını sürülüb

Dünya

12.01.2026 - 12:34

Hadisə nəticəsində iki nəfər xəsarət alıb: axtarış aparılır

ABŞ-da, Los-Ancelesdə İrandakı etiraz hərəkatını dəstəkləyən mitinqlər zamanı yük maşını insanların izdihamına çırpılıb. AYNA.AZ xəbər verir ki, bu barədə KNBC məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Los-Anceles Yanğından Mühafizə İdarəsinin məlumatına görə, ən azı iki nəfər xəsarət alıb.

Toqquşmadan sonra etirazçıların sürücüyə hücum etməyə cəhd göstərdiyi və avtomobilin şüşələrini sındırdığı bildirilir.

Hüquq-mühafizə orqanları hələlik yük maşınını idarə edən şəxsi müəyyən etməyib, axtarış aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş