ABŞ Adana şəhərindən konsulluq işçilərini təxliyə edir

Dünya

10.03.2026 - 09:02

Əmr İranın atdığı ikinci ballistik raketinin Türkiyənin cənubu üzərində məhv edilməsindən sonra verilib

ABŞ Dövlət Departamenti Türkiyənin Adana şəhərindəki konsulluq işçilərinə İranla bağlı münaqişə səbəbindən "ehtiyat tədbiri olaraq" ailələri ilə birlikdə təxliyə əmri verib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu əmr İranın bir həftə ərzində atdığı ikinci ballistik raketinin Türkiyənin cənubu üzərində məhv edilməsindən sonra verilib.

Dövlət Departamenti həmçinin Amerika vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfər etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, dünən Türkiyə Milli Müdafiə Nazirliyi İrandan atılan ballistik raketin məhv edildiyini açıqlayıb. Raket Şərqi Aralıq dənizində yerləşən NATO qüvvələri tərəfindən məhv edilib və onun qalıqları Qaziantep əyalətinin yaşayış olmayan bir ərazisinə düşüb. Tələfat olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş