Apellyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu avqustun 23-dək davam edəcək
11-ci sinif şagirdləri üçün 2020-ci il iyulun 29-da və 30-da keçirilən buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb. AYNA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, Apellyasiya Komissiyasına müraciət etmək üçün elektron ərizə qəbulu avqustun 23-dək davam edəcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21-23 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.