Sabiq məmur yerimə və danışma qabiliyyətini itirib
Baş nazirin sabiq müavini Abid Şərifov insult keçirib. AYNA.AZ "Yenisabah"a istinadən xəbər verir ki, o yerimə və danışma qabiliyyətini itirib.
Baş nazirin sabiq müavini hazırda xəstəxanada müalicə alır, həkim nəzarəti altındadır.
A.Şərifovun ailəsindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 85 yaşlı Abid Şərifov 1995-ci ildən 2018-ci ilə qədər baş nazirin müavini vəzifəsində çalışıb.