"Liderin səhhəti yaxşıdır və vəziyyətə tam nəzarət edir"
“İranın yeni Ali Rəhbəri Müctəba Xameneyinin səhhəti yaxşıdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə verdiyi müsahibədə deyib.
"Liderin səhhəti yaxşıdır və vəziyyətə tam nəzarət edir", - deyə nazir qeyd edib.
Əraqçi həmçinin bildirib ki, İranda vəziyyət sabitdir: “Dövlət qurumları və ya ordu daxilində heç bir bölünmə yoxdur”.