Şair Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı məzarlıqda torpağa tapşırılıb
Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müsəlmanların dəfn olunduğu "Firdaus bağçası" adlı məzarlıqda torpağa tapşırılıb. AYNA APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində şairin dostları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Z.Rüfətoğlu noyabrın 9-u Londonda qaraciyər xərçəngi səbəbilə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.