Demokrat sosialist səslərin 50,35 faizini toplayıb
Zöhran Mamdani Nyu-York şəhərinin meri seçilib. AYNA.AZ-ın MSNBC-yə istinadən məlumatına görə, özünü demokrat sosialist elan edən şəxs seçkilərdə müstəqil namizəd Endryu Kuomoya və respublikaçı Körtis Slivaya qalib gəlib.
İlkin qeyri-rəsmi nəticələrə görə, demokrat sosialist səslərin 50,35 faizini toplayıb.
Mer seçki kampaniyasının əvvəlində Mamdani demək olar ki, tanınmırdı. Sorğular onun reytinqini cəmi 1% olaraq göstərib.
O əksəriyyətin Prezident Donald Trampa səs verdiyi iki rayona baş çəkdikdən sonra diqqət çəkib. Bronks və Kvinsdə o insanlarla ünsiyyətdə olub, onların seçim səbəblərini öyrənib. Mamdani əlində "Gəlin seçkilər haqqında danışaq" yazılı lövhə tutub və sadə söhbətlər aparıb.
Aleksandriya Okasio-Kortezin sözlərinə görə, demokratlar ötən il Trampın qələbəsindən sonra təslim olmayıblar. 4 noyabrda keçirilən uğurlu seçkilərdən sonra onların güclü və mübarizəyə hazır olduqları qənaətinə gəlmək olar.