Yük avtomobili təbii qaz xəttini yararsız hala salıb
Şəkidə körpüdən aşan yük avtomobili təbii qaz xəttini yararsız hala salıb. “Azəriqaz” İstehsalat Birliyindən AYNA-ya verilən xəbərə görə, bu gün Şəki rayonunun Kiş kəndi yaxınlığında avtomobil qəzası baş verib.
Qəza zamanı “ZİL” markalı yük avtomobili körpünün üzərindən aşıb və bu zaman ərazidən keçən 159 millimetr diametrində olan qaz xəttini də yararsız hala salıb.
Təhlükəsizlik tədbirləri olaraq minə yaxın əhali qrupu abonentinin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.