Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Xəbərlər

28.11.2024 - 10:41

Həkimlər Klinikalar SEO Xidməti

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda, tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş