Zığ dairəsi - Hava limanı yolunda sürət həddi azaldılıb

Xəbərlər

28.12.2023 - 11:24

Aeroport şosesində məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub

Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava limanı yolunda sürət həddi 20 km/saat azaldılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, Aeroport şosesində isə məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş