Azərbaycan və Türkiyə prezidentləri “Dost Aqropark”ın təməlini qoyublar
Bu gün Zəngilanın Ağalı kəndində “Dost Aqropark” layihəsinin təməli qoyulub.
AYNA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan təməlqoyma mərasimində iştirak ediblər.