Zəncirvari qəzada səhiyyə işçiləri də yaralanıb - <font color=red> VİDEO</font>

Hadisə

20.01.2020 - 12:39

Həkimlər Klinikalar SEO Xidməti

Üçü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb

 

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

 

Xəstə çağırışına gedən Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub.

 

Üçü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim). Yaralılar xəstəxanaya çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş