“Zelenskini Rusiya ilə danışıqlara sövq etmirik”

Dünya

19.11.2022 - 03:51

Həkimlər Klinikalar SEO Xidməti

Con Kirbi: "Diplomatiya yolu ilə nizamlanma ən yaxşı variantdır"

“ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə danışıqlara sövq etmir”.

AYNA xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynanın iştirakı olmadan Rusiya tərəfi ilə müharibənin başa çatması ilə bağlı müzakirələr aparmayacaq:

"Biz hamımız razıyıq ki, diplomatiya yolu ilə nizamlanma ən yaxşı variantdır, yalnız bu, Putinin qoşunlarını geri çəkməsindən sonrakı ikinci variantdır.

ABŞ strateji münasibətlərdə, xüsusilə indiki mərhələdə Rusiya ilə açıq ünsiyyət kanallarının saxlanmasının tərəfdarıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş