Zelenski Ukraynaya atılan raketlərin sayını açıqlayıb

Dünya

02.07.2022 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

UkraynaPrezidenti: "Heç bir dövlət belə məqamda tək qalmamalıdır"

“Rusiya artıq Ukraynaya 3000-ə yaxın raket atıb”.

AYNA Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.

"Ümumiyyətlə, bilirsiniz ki, Rusiyanın dinc Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin dörd ayında Rusiya artıq 3000-ə yaxın raketdən istifadə edib. Rusiyanın hərəkətlərinin bu cür qəddarlığı yalnız tərəfdaşlarımızın Ukraynaya dəstək verməklə bağlı qərarlarının nə qədər düzgün olduğunu vurğulayır. Əvvəla, bu, müdafiə dəstəyidir. Dünyanın heç bir dövləti belə məqamda tək qalmamalıdır”, - deyə Zelenski bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş