Görüş Lvovda baş tutacaq
Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla görüşəcəyini açıqlayıb.
AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Ukrayna lideri Ümumkrayna Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında deyib.
Prezident bildirib ki, görüş Lvovda baş tutacaq.
Bundan əlavə, Zelenski Polşa Prezidenti Anjey Duda ilə də görüşəcək.