Ukrayna Prezidenti: "Tərəfdaşlardan bunun rəsmi elanını gözləyirik"
Ukrayna Prezidenti Vladimir Zelenski Qara dəniz “Taxıl sazişi”nin müddətinin daha 120 gün uzadılacağını təsdiqləyib.
AYNA xəbər verir ki, bu barədə Ukrayna lideri "Twitter"də bildirib.
“Ukrayna, BMT Baş katibi Antoniu Qutierreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə ərzaq böhranına qarşı qlobal mübarizədə vacib qərar verdi. Tərəfdaşlardan - Türkiyə və BMT-dən bunun rəsmi elanını gözləyirik”, - Zelenski qeyd edib.