“Sülh prosesindəki ən həssas bu iki məsələ hələ də həll olunmayıb”
Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
“Sülh prosesindəki ən həssas bu iki məsələ hələ də həll olunmayıb. Prezident Zelenski Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır", - nazir vurğulayıb.