"Orada yalnız 3-4 faiz salamat nə isə qalıb"
"Hazırda Mariupolda demək olar hər şey, bütün binaların 98 faizi dağılıb". AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Dağılan binalara, həmçinin məktəblər, uşaq bağçaları, adi yaşayış məhəllələri, zavodlar və bütün infrastruktur obyektləri aiddir. Orada yalnız 3-4 faiz salamat nə isə qalıb", - deyə Ukrayna lideri söyləyib.
Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Mariupolun tam nəzarətə götürüldüyünü elan edib. Onun sözlərinə görə, şəhərdəki “Azovstal” zavodunun ərazisində iki minə yaxın Ukrayna əsgəri gizlənir. RF prezidenti Vladimir Putin zavoda hücum etməməyi, orada gizlənənlərə təslim olmaq üçün vaxt verməyi əmr edib.