Ukrayna Prezidenti: “Krımı Ukraynaya qaytarmaqla ədalət bərpa olunacaq”
“Bu, bizim ümumi vəzifəmizdir və bu gün bütün dünya bu mübarizədə Ukrayna ilə birlikdədir”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Sülh meydanında Krım tatar xalqının soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorialın açılışında deyib.
Zelenski qeyd edib ki, Krımı Ukraynaya qaytarmaqla ədalət bərpa olunacaq.
“Krım təkcə ərazi deyil, ürəyimizin bir parçası, eyni zamanda, eyni dil, mədəniyyət və adət-ənənələrə malik insanların harmoniya içində yaşadığı diyardır. Biz təkcə Krımın qaytarılması üçün deyil, həm də ədalətin bərpası və bu regionun sakinlərinin öz evlərinə qayıtmaq hüququ üçün mübarizə aparırıq”, - deyə Zelenski bildirib.