Ukrayna Prezidenti danışıqlardan gözləntilərini açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbuldakı danışıqlardan gözləntilərini açıqlayıb və onların effektivliyinə şübhə etdiyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “RBC-Ukrayna” öz “Telegram” kanalında məlumat yayıb.
"Komandamız İstanbuldadır. Bu gün səhər müdafiə naziri ilə danışdım, onlar görüşə hazırlaşırlar. Rusiyanın məhsuldar görüşlərə hazır olacağına əmin deyiləm. Amma biz hər zaman bəzi qərarlara inanmalıyıq", - o deyib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndələrinin görüşü bu gün Bakı vaxtı ilə saat 13:00-da baş tutmalı idi. Amma danışıqlar bir saat yarım gec başlayıb. Danışıqlar İstanbulda Çırağan sarayında keçirilir.