Zelenski İlham Əliyevə təşəkkür edib

Siyasət

26.02.2022 - 20:52

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi "Twitter" hesabında paylaşım edilib.

Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib.

Zelenski İlham Əliyevə təşəkkür edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş