Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət edib

Siyasət

09.05.2020 - 11:45

Bu gün Qələbə Günüdür 

 

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.

 

AYNA xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Müəllif: Ayna.az