Liderlər Ukrayna taxılının ixrac yollarını müzakirə ediblər
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub. AYNA UNİAN-a istinadən xəbər verir ki, liderlər arasında taxılın Ukraynadan, xüsusən də dəniz yolu ilə ixracını təmin etmək üçün mümkün yollar müzakirə edilib.
Kansler həmçinin Ukrayna Prezidentinə mayın 28-də Rusiya və Fransa prezidentlərinin son telefon danışığı barədə məlumat verib.
Bundan əlavə, Zelenski və Şolts Ukraynadakı mövcud hərbi və humanitar vəziyyətlə bağlı müzakirə aparıblar. Liderlər sıx əlaqədə olmaq barədə razılığa gəliblər.