Zelenski hərbi xidmətin maksimum yaş həddinin uzadılması barədə qanunu imzalayıb

Dünya

29.07.2025 - 20:35

Artıq 60 yaşı tamam olmuş şəxslər hərbi xidmət müqaviləsi bağlaya bilərlər

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda 60 yaş olan hərbi xidmətin maksimum yaş həddinin artırılması haqqında qanun imzalayıb. AYNA.AZ xəbər verir ki, müvafiq məlumat ölkənin Ali Radasının saytında yerləşdirilib.

Ali Rada sənədi ikinci oxunuşda qəbul edib. Onun lehinə 306 deputat səs verib.

Yeni qanuna görə, artıq 60 yaşı tamam olmuş şəxslər hərbi xidmət müqaviləsi bağlaya bilərlər.

Hazırda Ukraynada 25-60 yaş arası kişilər hərbi xidmətə çağırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş