Zelenski: “Gələn həftə Ukrayna üçün tarixi həftə ola bilər”

Dünya

06.10.2024 - 16:29

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın real, ədalətli sülhə, müharibədən zəmanətli müdafiəyə ehtiyacı var”

“Ukraynada etibarlı sülh yalnız beynəlxalq hüquq və suverenlik, ərazi alveri olmadan mümkündür”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski həmvətənlərinə videomüraciətində deyib.

““Qələbə planı”nda göstərilən hər şey bizim tərəfdaşlarımız üçün tamamilə realdır. Dünyada bu resurs var. Söhbət “sülh formulu”na uyğun irəliləməyə imkan verəcək güclənmə resursundan gedir. Məhz bu, bizim məqsədimizdir, vəzifəmizdir - Ukrayna üçün etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etmək. Bu, yalnız beynəlxalq hüquq əsasında və ərazilərin alveri olmadan mümkündür. Məhz “sülh formulu”nda nəzərdə tutulduğu kimi”, Prezident vurğulayıb.

Ukrayna lideri xatırladıb ki, Ukraynanın “real, ədalətli sülhə, müharibədən zəmanətli müdafiəyə” ehtiyacı var. Onun sözlərinə görə, bu, yalnız güclü mövqelərdə və yalnız Ukrayna xalqı və tərəfdaşları həqiqətən birləşdikdə mümkündür: "Biz bunun üçün çalışırıq".

Eyni zamanda, Zelenski qeyd edib ki, Ramşteyn formatında gələn həftə görüşün baş tutması Ukrayna üçün tarixi ola bilər: “Bizim komandamız –ABŞ və digər tərəfdaşlarımızın komandaları indi Ramşteyn üçün mənalı qərarlar və ümumilikdə gələn həftə görüşlər, danışıqlar hazırlamaq üzərində işləyirlər. Gələn həftə müdafiəmiz, müharibənin necə bitəcəyinə dair baxışımız üçün müsbət ola bilər. Bunun üçün hər şeyi edəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş