Ukrayna Prezidenti ilə Çarlzın görüşü Vindsorda keçirilib
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə görüşüb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, görüş Vindsorda keçirilib.
Bu, Zelenski ilə Kralın bu il ərzində üçüncü görüşüdür.
Qeyd edək ki, Zelenski Böyük Britaniyaya “İstəklilər Koalisiyası”nın görüşündə iştirak etmək üçün səfər edib.