“Ukraynanın enerji infrastrukturunun 50 faizi məhv edilib”
Rusiyanın raket zərbələri nəticəsində Ukraynanın enerji infrastrukturunun 50 faizi məhv edilib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışığında deyib.
Ukrayna lideri enerji sisteminin bərpası istiqamətində ABŞ-ın yardımını xüsusi vurğulayıb.
Zelenski Baydeni Ukraynanın hava hücumundan müdafiə sisteminin formalaşmasına yardım göstərməyə çağırıb.