Ukrayna Prezidentinin gözlənilməz səfərinin məqsədi açıqlanmayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin Albaniyaya səfər edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Albaniyanın xarici işlər naziri İqli Həsəni “X” sosial şəbəkə hesabında yazıb.
Həsəni Zelenskinin ölkəyə gəldiyini bildirib və Ukrayna Prezidentini Tiranada qarşılamaqdan böyük şərəf duyduğunu vurğulayıb.
Zelenskinin Albaniyaya gözlənilməz səfərinin məqsədi açıqlanmayıb.
AFP-nin məlumatına görə, Zelenski planlaşdırılan Ukrayna-Cənub-Şərqi Avropa sammiti çərçivəsində bir sıra regional liderlərlə görüşməyi planlaşdırır.