Zelenski: “ABŞ və Almaniya Ukraynanın NATO-ya inteqrasiyasına qarşıdır”

Dünya

18.10.2024 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın NATO-ya dəvət edilməsi ukraynalıların mənəviyyatını yüksəldə bilər”

“Ukraynanın NATO-ya dəvət edilməsi ukraynalıların mənəviyyatını yüksəldə bilər”. AYNA xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində deyib.

“Əgər NATO-ya dəvət almasaq, mənəviyyatımız aşağı düşəcək”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Zelenski ABŞ və Almaniyanın Kiyevin NATO-ya inteqrasiyasına qarşı olduğunu xatırladıb və bunu Vaşinqton və Berlinin Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakını istəməməsi ilə izah edib.

Eyni zamanda, Ukrayna liderinin sözlərinə görə, Şimali Atlantika Alyansının qalan üzv dövlətləri Ukraynanın birliyə potensial daxil olması ilə razılaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş