“Moskvanın mövqeyinin təsdiqlənməsinin tərəfdarı deyil, faktların lehinə olan mövqenin daha obyektiv və aydın ifadəsini istəyirik”
Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) öz mövqeyinin daha obyektiv və aydın ifadəsini istəyir. AYNA xəbər verir ki, bu barədə “Sputnik”ə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz bu strukturun həm qiymətləndirmələrini, həm də işini görürük. Lakin biz hər dəfə ölkəmizin xeyrinə deyil, Moskvanın mövqeyinin təsdiqlənməsinin tərəfdarı deyil, faktların lehinə olan mövqenin daha obyektiv və aydın ifadəsini istəyirik”, - deyə Zaxarova vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Moskva “Kiyevin terror fəaliyyəti nəticəsində baş verə biləcək insidentin qarşısını almaq” üçün mütəmadi olaraq MAQATE-ni Rusiyanın nüvə obyektləri ətrafındakı vəziyyətlə bağlı bütün lazımi sənədlərlə təmin edir.
Bundan əvvəl MAQATE rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasına (AES) baş çəkib və oradakı vəziyyəti “ciddi” adlandırıb. Qrossi əlavə edib ki, yerləşdiyi yerdən asılı olmayaraq istənilən AES-ə qarşı hücumlar qəbuledilməzdir və rəhbərlik etdiyi qurum “dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün hər şeyi edəcək”.