Zaxarova: “Kiyevə göndərilən notada “Crocus”dakı terrorla bağlı tələb yoxdur”

Dünya

01.04.2024 - 15:01

cedabet Klinikalar SEO Xidməti

“Notada Krım körpüsünün partlaması, Daria Duqinanın, Vladlen Tatarskinin qətli, Zaxar Prilepinə sui-qəsdlə bağlı materiallar və arayışlar var”

Rusiyanın Ukraynaya antiterrorla bağlı göndərdiyi notada Moskvadakı “Crocus City Hall”dakı terror aktı ilə bağlı heç bir məsələ yoxdur. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Birinci Kanal”da deyib.

“Qeyd etmək istərdim ki, notada “Crocus City Hall”da terror aktı ilə bağlı tələblər yoxdur. Notada Krım körpüsünün partlaması, Daria Duqinanın, Vladlen Tatarskinin qətli, Zaxar Prilepinə sui-qəsdlə bağlı materiallar və arayışlar var”, - deyə diplomat bildirib.

Zaxarova vurğulayıb ki, Ukrayna xüsusi xidmət orqanlarının digər terror aktlarında mümkün iştirakı ilə bağlı yeni məlumatlar ortaya çıxdıqda, bu məlumat əlavə olaraq dövlətlərarası məhkəməyə qədər yeni iddia kimi nota ilə göndəriləcək.

XİN nümayəndəsi vurğulayıb ki, Moskvadan Kiyevə antiterror tədbirləri ilə bağlı təqdim olunan tələblərdə məhkəməyə qədərki iddialar var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş