Zaxarova: “Ceyhun Bayramovu Moskvaya Lavrov dəvət edib”

Siyasət

21.08.2020 - 10:52

“Nazirlər regional və beynəlxalq gündəm də daxil olmaqla bir çox məsələni müzakirə edəcəklər”

 

Azərbaycan Xarici İşlər naziri (XİN) Ceyhun Bayramovu Moskvaya Rusiya XİN başçısı Sergey Lavrov dəvət edib. AYNA “Sputnik”ə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə açıqlamasına deyib.

 

Onun sözlərinə görə, nazirlər regional və beynəlxalq gündəm də daxil olmaqla bir çox məsələni müzakirə edəcəklər: “Azərbaycanın XİN rəhbərinin Rusiya hökuməti və Federal Məclis nümayəndələri ilə görüşü planlaşdırılır”.

 

Səfər 26 avqustda baş tutacaq.

Müəllif: Ayna.az