Zaqatalada çayda köməksiz qalan 5 nəfər xilas edilib

Xəbərlər

07.07.2021 - 22:49

Həkimlər Klinikalar SEO Xidməti

Xilas edilənlərdən ikisi azyaşlı olub

 

Dünən axşam saatlarında Zaqatala Rayon Polis Şöbəsinə rayona yağan güclü leysan yağışları səbəbilə Sabunçu çayında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, bu barədə xəbər daxil olan kimi polis əməkdaşları dərhal həmin əraziyə yollanıb.

 

İçərisində ikisi azyaşlı olmaqla, ümumilikdə beş nəfərin olduğu yük avtomobilinin çayın ortasından batması səbəbilə həmin şəxslərin təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

 

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə təcili və təxirəsalınmaz tədbirləri nəticəsində onlar təhlükəsiz əraziyə çıxarılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş