Zaporojye AES-də təhlükəsizlik vəziyyəti pisləşib

Dünya

18.08.2024 - 20:25

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna və Rusiya hələ Qrossinin mesajlarını şərh etməyiblər

Zaporojye AES-də nüvə təhlükəsizliyi vəziyyəti stansiya ərazisindəki yola pilotsuz təyyarənin (PUA) endirilməsindən sonra pisləşib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi deyib.

Rusiya “Telegram” kanalları şənbə günü səhər saatlarında PUA-nın AES ərazisi yaxınlığındakı yola sursat atdığını bildirib. Fotoşəkillərdən görünür ki, bombanın gücü kiçik olub - asfaltda kiçik çuxur meydana gəlib.

Ukrayna və Rusiya hələ Qrossinin mesajlarını şərh etməyiblər.

Bu həftənin çərşənbə axşamı günü MAQATE avqustun 11-də baş vermiş yanğın nəticəsində zədələnmiş Zaporojye AES-in soyuducu qülləsinin ilkin qiymətləndirilməsi barədə məlumat verib. Agentlik qeyd edib ki, onun nümayəndələri Rusiya hərbçilərinin nəzarətində olan stansiyada zədələnmiş obyektə baxış keçiriblər, lakin yanğının səbəbi ilə bağlı yekun nəticələr hələlik verilməyib.

Moskva və Kiyev daha əvvəl yanğınla bağlı bir-birini ittiham ediblər. Rusiya hakimiyyəti buna Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatdan istifadə edərək hücumu nəticəsində baş verdiyini iddia edir. Ukrayna mümkün səhlənkarlıq və ya yanğını əsas gətirərək Rusiya tərəfini günahlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş