Zakir Həsənov Türkiyəyə gedib

Xəbərlər

14.09.2021 - 14:51

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkəyə səfər edib

Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş