Müdafiə naziri Azərbaycan-Gürcüstan-Türkiyə nazirlərinin görüşündə iştirak edəcək
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, general-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.